Kamran Əliyevin Baş prokuror təyin edilməsinə razılıq verildi

Azərbaycan Respublikası Milli Məclisi Kamran Əliyevin Azərbaycan Respublikasının Baş prokuroru vəzifəsinə təyin edilməsinə razılıq verilməsi haqqında qərar verib.
BAKU.WS xəbər verir ki, qərarda deyilir:
"Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 11-ci bəndinə və 133-cü maddəsinin III hissəsinə uyğun olaraq, Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
1. Kamran Bayram oğlu Əliyevin Azərbaycan Respublikasının Baş prokuroru vəzifəsinə təyin edilməsinə razılıq verilsin.
2. Bu Qərar imzalandığı gündən qüvvəyə minir".
***11:13
Milli Məclis Kamran Əliyevin yenidən Baş prokuror təyin edilməsinə razılıq verib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bununla bağlı parlamentin bugünkü plenar iclasında müvafiq qərar layihəsi müzakirə edilib.
Qeyd edilib ki, Azərbaycan Konstitusiyasına əsasən, Prezidentin təqdimatı ilə Milli Məclis Baş prokurorunun vəzifəyə təyin və vəzifədən azad edilməsinə razılıq verir.
Qərar layihəsi səsverməyə çıxarılaraq bir oxunuşda qəbul olunub.
Qeyd edək ki, K.Əliyev Azərbaycan Prezidentinin 1 may 2020-ci il tarixli Sərəncamı ilə Azərbaycanın Baş prokuroru təyin edilmişdi. Onun səlahiyyət müddəti bu gün başa çatır.

Oxşar xəbərlər
Azər Məmmədrəhimov nazir müavini oldu
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin sərəncamına əsasən Azər Şahverdi oğlu Məmmədrəhimov Naxçıvan MR rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavin...