“Kalaşnikov” konserni AK-74M-M partiyasını buraxıb
“Kalaşnikov” silahların qismən yığılmasına və sökülməsinə imkan verən AK-74M-M avtomatının kütlə-qabarit maketlərinin (KQM) partiyasını buraxıb.
“Report” xəbər verir ki, bu barədə konsernin mətbuat xidməti məlumat yayıb.
Partiyaya yeddi mindən çox modelin daxil olduğu qeyd edilir. Konsern əlavə edib ki, KQM-yə tələbat müəssisənin istehsal imkanlarını xeyli üstələyir. Onlar hərbi atıcı silahlar üçün dövlət müdafiə sifarişinin yerinə yetirilməsi ilə eyni vaxtda hazırlanır.
Xatırladaq ki, daha öncə AK-12 avtomatlarının Rusiya qoşunlarına tədarükü 2023-cü ildə, demək olar, iki dəfə artıb.
“Kalaşnikov” konserninin icraçı direktoru Andrey Barışnikov bildirib ki, konsern ilin sonunadək modernləşdirilmiş AK-12 avtomatının istehsalına başlamağı planlaşdırır.
Oxşar xəbərlər
Podolyak Rusiyanın Ukraynada yeni hücum istiqamətlərini AÇIQLADI
Ukrayna Prezident Ofisi Rusiya ilə müharibədə hazırkı durumu açıqlayıb. Prezident Ofisinin müşaviri Mixayilo Podolyak “Report”un Şərqi Avropa bürosuna müsahibəs...