Kadir İnanır: "Hörmətli olun! Ayağa qalxın! Alqışlayın!" - FOTO

Məşhur aktyor Kadir İnanır aktrisa Merve Dizdarın "Kann" film festivalındakı çıxışına görə qınanılmasına etiraz edib.
BAKU.WS Türkiyə KİV-ə istinadən xəbər verir ki, İnanır bu qədər böyük mükafat alan həmkarının böyük alqışlara layiq olduğunu bildirib:
Dünyanın ən böyük ikinci film festivalı olan "Kann"da öz performansı ilə mükafat alan Merve Dizdarı və film heyətini ürəkdən təbrik edirəm. Bu mənim Mərveni bəyənməyənlərə xəbərdarlığımdır: Hörmətli olun! Ayağa qalxın! Alqışlayın!".
Xatırladaq ki, Merve Dizdar 76-cı Kann film festivalında "Ən yaxşı qadın aktrisa" nominasiyda "Qızıl Palma" mükafatı alıb.
Bununla da o, Türkiyə kino tarixində "Qızıl Palma" alan ilk qadın aktrisa oldu.

Oxşar xəbərlər
Meryem qızılları oğurlanmasın deyə otelin bu xidmətindən imtina etdi - FOTO
Bu il Fransanın Kann şəhərində təşkil edilən mötəbər film festivalında izdiham yaşandı. Hollivud ulduzları olan aktyorlar və aktrisaların da qatıldığı Kannda iz...
