Meryem qızılları oğurlanmasın deyə otelin bu xidmətindən imtina etdi - FOTO

Bu il Fransanın Kann şəhərində təşkil edilən mötəbər film festivalında izdiham yaşandı. Hollivud ulduzları olan aktyorlar və aktrisaların da qatıldığı Kannda izdiham səbəbilə oğurluq hadisələri də çoxaldı.
BAKU.WS xəbər verir ki, festivalın ilk günündən Kannda olan aktrisa Meryem Üzerli bahalı zinət əşyalarının qorumaq üçün qaldığı otelin təmizlik xidmətindən imtina edib.
O özəl dəvətlərdən başqa qalan yerlərdə mobil telefonunun boynundan asaraq gəzir.

Aktrisaya yaxın mənbələrdən bildirilib ki, Üzerli oğurlanmasın deyə bütün nəğd pulunu kartında saxlayır. Qızıllarını isə otelin kasaasında saxlayır. İzdiham olan yerlərə isə getmir.

Xatırladaq ki, ötən il Kann Film Festivalında aktyor Erkan Petekkayanın mobil telefonu oğurlanmışdı. Aktyor oğrunu tutaraq Fransa polisinə təhvil vermişdi.


Oxşar xəbərlər
Fransadan Türkiyəyə qayıtmaq istəyən aktrisanı TƏYYARƏYƏ BURAXMADILAR - FOTO
Məşhur aktrisa Merve Dizdar iştirak etdiyi 76-cı "Kann Film Festivalı"ndan qayıdarkən başına iş gəlib. BAKU.WS xəbər verir ki, o, Fransadan Türkiyəyə getmək is...