Ev sahibi tutduğu oğrunu pəncərədən aşağı salladı - VİDEO

27
iyl
2022
16:28
Türkiyənin İstanbul şəhərinin Beyoğlu rayonunda günorta saatlarında evə girən oğru ev sahibi tərəfindən yaxalanıb.
BAKU.WS "Haber Global"a istinadla xəbər verir ki, hadisə günorta saatlarında qeydə alınıb.
Belə ki, başına nə gələ biləcəyini nəzərə almayaraq 2-ci mərtəbədəki evə girən oğru səs-küy salan zaman yuxudan oyanan ev sahibi Yasin Ekin tərəfindən tutulub.
Pəncərədən qaçmağa çalışan oğrunu ev sahibi boynundan tutaraq 15 dəqiqə pəncərədən asılı saxlayıb.
Daha sonra oğru polis əməkdaşlarına təhvil verilib. Şübhəli şəxs nəzarətə alınaraq polis bölməsinə aparılıb.

Oxşar xəbərlər
İlham Əliyevin beynəlxalq konfransın iştirakçıları ilə görüşü keçirilib - YENİLƏNİB - VİDEO
Aprelin 29-da ADA Universitetində “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfrans keçirilib. BAKU.WS AZƏRTAC-a istinadən xəbər verir ki, A...