İvana Jivkoviç Prezidentin xüsusi nümayəndəsi və ANAMA-nın sədri ilə mina problemini müzakirə edib
Yeniliklərdən dərhal xəbərdar olun
BMT Baş katibinin köməkçisi, BMT-nin İnkişaf Proqramının (BMTİP) Avropa və MDB üzrə regional bürosunun direktoru İvana Jivkoviç Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov və Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanovla görüşüb.
Bu barədə BMT-nin rəsmisi sosial şəbəkədə bildirib.
"Səfir Elçin Əmirbəyova COP29 çərçivəsində gözəl görüş üçün təşəkkür edirəm. BMTİP Karbonun Açıqlanması Layihəsinin (CPD) hazırlanması, habelə yaşıl keçid və minalarla mübarizə planlarının vaxtında müzakirəsi aparılıb", - dünya təşkilatının nümayəndəsi qeyd edib.
Eyni zamanda, ANAMA İH-in sədri ilə görüşə toxunan Jivkoviç "birlikdə Azərbaycanda və dünyada daha təhlükəsiz, minasız gələcək üçün mina əleyhinə fəaliyyətdə innovasiyaları inkişaf etdirdiklərini" vurğulayıb.
Oxşar xəbərlər
İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
Azərbaycan Prezidenti İlham Əliyev 17 noyabr - Milli Dirçəliş Günü münasibətilə "X" sosial hesabında paylaşım edib. BAKU.WS həmin paylaşımı təqdim edir: