İspaniyada daşqınların qurbanları arasında Azərbaycan vətəndaşları var?
Yeniliklərdən dərhal xəbərdar olun
"İspaniyanın Valensiya şəhərində baş verən daşqınlarda ölən və yaralananlar arasında Azərbaycan vətəndaşı yoxdur".
Bu barədə "Trend"in sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti idarəsinin rəisi Ayxan Hacızadə bildirib.
O, həmçinin qeyd edib ki, Azərbaycanın İspaniyadakı səfirliyinə təxliyə ilə bağlı ölkəmizin vətəndaşlarından müraciət daxil olmayıb.
Qeyd edək ki, İspaniyanın Valensiya şəhərində baş verən daşqınlar nəticəsində azı 70 nəfər həyatını itirib.
Xatırladaq ki, bundan əvvəl Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi İspaniya tərəfinə bu ölkədə baş verən daşqınlarda insanların həlak olması ilə bağlı başsağlığı verib.
Oxşar xəbərlər
Azərbaycan və Peru arasında ilk konsulluq məsləhətləşmələri keçirilib
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) ilə Peru XİN arasında 27-də videokonfrans formatında ilk konsulluq məsləhətləşmələri keçirilib. BAKU.WS xəbər verir ki,...