İran və Ermənistan rəsmiləri "Tramp marşrutu"nu müzakirə ediblər
Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyan iranlı həmkarı Məcid Taxt-Ravançi siyasi məsləhətləşmələr aparıblar.
BAKU.WS "Azad İran" "Telegram" kanalına istinadən xəbər verir ki, görüş zamanı tərəflər Ermənistan və İran arasında ikitərəfli münasibətlərlə bağlı məsələləri, eləcə də regional və beynəlxalq tədbirlərlə bağlı problemləri müzakirə ediblər.
Tərəflər enerji, infrastruktur, səhiyyə, kənd təsərrüfatı, turizm və digər sahələrdə əməkdaşlığın inkişaf perspektivləri, eləcə də "Tramp marşrutu"nun (TRIPP) açılması ilə gözlənilən yeni imkanların müzakirəsi də daxil olmaqla, konkret proqramların həyata keçirilməsi barədə fikir mübadiləsi aparıblar.
Oxşar xəbərlər
Azərbaycan milli mətbuatının yaranmasından 151 il ötür
Bu gün Azərbaycan milli mətbuatının yaranması günüdür. 151 il öncə - 1875-ci il iyulun 22-də dövrünün maarifçilik hərəkatının görkəmli nümayəndələrindən olan Hə...