İlham Əliyevin sosial media hesabında WUF13-lə bağlı paylaşım edilib
Prezident İlham Əliyevin sosial media hesabında WUF13-lə bağlı paylaşım edilib.
BAKU.WS həmin paylaşımın mətnini təqdim edir:
"Azərbaycan daha bir əlamətdar qlobal tədbirə - COP29-dan sonra ölkədə keçirilən ikinci ən böyük beynəlxalq toplantı olan WUF13-ə ev sahibliyi etmək şərəfinə nail oldu.
Bütün iştirakçıları, tərəfdaşları və BMT ailəsini, xüsusən də "UN-Habitat"ı uğurlu və nəticəyə yönəlmiş WUF13 münasibətilə təbrik edirik.
Rekord sayda - təxminən 60 000 iştirakçı ilə WUF13 tarixə indiyə qədər keçirilən ən böyük Ümumdünya Şəhər Forumu kimi düşdü. Azərbaycanın təşəbbüsü ilə çağırılan ilk Liderlər Sammiti qlobal şəhər gündəliyinə daha böyük siyasi təkan verdi.
WUF13-də zəngin və əhatəli müzakirələr iki vacib nəticə sənədi - "Sədrin Xülasəsi" və "Bakı Fəaliyyət Çağırışı" ilə nəticələndi. Urbisid, kultursid və ekosiddən əziyyət çəkən bir ölkə olaraq, Azərbaycan hazırda Qarabağ və Şərqi Zəngəzurda 9 şəhəri və yüzlərlə kəndi sıfırdan bərpa edir. Buna görə də, biz beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycanın münaqişədən sonrakı yenidənqurma səylərinin geniş şəkildə tanınması ilə fəxr edirik və bu, dünyanın digər münaqişədən sonrakı kontekstləri üçün dəyərli bir nümunə kimi vurğulanır.
Forumdan irəli gələn və nəticə sənədlərində əks olunan ideyalar - təmiz hava və davamlı şəhər inkişafından mədəni irsin qorunmasına və inkişaf etməkdə olan kiçik ada dövlətlərinin - qlobal şəhər gündəliyini daha da zənginləşdirəcək və istiqamətləndirəcək.
Qlobal qeyri-müəyyənliyin artdığı bir dövrdə WUF13 Azərbaycanın daha yaxşı gələcək üçün çoxtərəfliliyə və kollektiv fəaliyyətə daha bir mənalı töhfəsini təmsil edir".
Oxşar xəbərlər
Prezident: "Azərbaycan Qarabağ və Şərqi Zəngəzurda 9 şəhəri və yüzlərlə kəndi sıfırdan bərpa edir"
"Urbisid, kultursid və ekosiddən əziyyət çəkən bir ölkə olaraq, Azərbaycan hazırda Qarabağ və Şərqi Zəngəzurda 9 şəhəri və yüzlərlə kəndi sıfırdan bərpa edir"....