İlham Əliyev WUF13-ün bütün iştirakçılarını uğurlu və nəticəyönümlü tədbir münasibətilə təbrik edib
Azərbaycan Prezidenti İlham Əliyev Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) bütün iştirakçılarını uğurlu və nəticəyönümlü tədbir münasibətilə təbrik edib.
BAKU.WS xəbər verir ki, bu bu barədə Prezident İlham Əliyevin "X" hesabında edilən paylaşımda qeyd olunub.
"Azərbaycan daha bir əlamətdar qlobal tədbirə - COP29-dan sonra ölkədə keçirilən ikinci ən böyük beynəlxalq toplantı olan WUF13-ə ev sahibliyi etmək şərəfinə nail oldu.
Bütün iştirakçıları, tərəfdaşları və BMT ailəsini, xüsusən də "UN-Habitat"ı uğurlu və nəticəyə yönəlmiş WUF13 münasibətilə təbrik edirik", - paylaşımda qeyd olunub.
Oxşar xəbərlər
İlham Əliyev: Özbəkistanla ikitərəfli əlaqələrimizin dərinləşdirilməsi bizim üçün prioritetlərdən biridir
Özbəkistanla ikitərəfli əlaqələrin bundan sonra da hərtərəfli inkişaf etdirilməsi və dərinləşdirilməsi Azərbaycan üçün prioritet məsələlərdən biridir. BAKU.WS x...