İlham Əliyev Vyetnamın yeni seçilmiş prezidentini təbrik edib
Azərbaycan Prezidenti İlham Əliyev Vyetnam Sosialist Respublikasının yeni seçilmiş prezidenti Lıonq Kıonqa təbrik məktubu göndərib.
BAKU.WS-in məlumatına görə, təbrikdə deyilir:
"Hörmətli cənab Prezident,
Vyetnam Sosialist Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm.
Xoş ənənələrə əsaslanan Azərbaycan-Vyetnam əlaqələri uğurla inkişaf etməkdədir. Dövlətlərarası münasibətlərimizin və əməkdaşlığımızın bugünkü səviyyəsi məmnunluq doğurur.
İnanıram ki, ölkələrimiz arasındakı dostluq əlaqələrinin daha da genişlənməsi, qarşılıqlı faydalı əməkdaşlığımızın həm ikitərəfli, həm də çoxtərəfli qaydada möhkəmlənməsi yolunda birgə səylər göstərəcəyik.
Sizə ən xoş arzularımı çatdırır, dost Vyetnam xalqının rifahı naminə qarşıdakı məsul fəaliyyətinizdə müvəffəqiyyətlər diləyirəm"
Oxşar xəbərlər
Diplomatik korpus nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura səfəri başa çatıb
Azərbaycanda akkreditə olunmuş diplomatik korpus nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura iki günlük səfəri başa çatıb. BAKU.WS "Report"a istinadən xəbər ver...