İlham Əliyev Portuqaliya Prezidentini təbrik edib
Azərbaycan Prezidenti İlham Əliyev portuqaliyalı həmkarı Marselu Rebelu de Souzanı bu ölkənin milli bayramı münasibətilə təbrik edib.
BAKU.WS-in məlumatına görə, təbrikdə deyilir:
"Portuqaliya Respublikasının milli bayramı münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.
İnanıram ki, Azərbaycan ilə Portuqaliya arasında münasibətlərin xalqlarımızın mənafelərinə uyğun olaraq dostluq məcrasında inkişafı, qarşılıqlı faydalı əməkdaşlığımızın davam etdirilməsi yolunda bundan sonra da birgə səylər göstərəcəyik.
Bu xoş gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Portuqaliya xalqına daim rifah arzulayıram".
Oxşar xəbərlər
İrandan Azərbaycana qarşı çirkin təxribat: "Dövlətimiz nə lazımdırsa, edir, edəcək"
Azərbaycanda məktəblərdə vahid geyim qaydalarının tətbiqi ətrafında yaranan gərginlik və bəzi xarici qüvvələrin ölkəmizin daxili işlərinə müdaxilə cəhdləri Baku...