Prezident MDB İcraiyyə Komitəsi ilə bağlı protokolu təsdiqlədi
07
apr
2026
16:39
"Müstəqil Dövlətlər Birliyinin (MDB) İcraiyyə Komitəsi haqqında Əsasnamə"yə dəyişikliklər edilməsinə dair Protokol" xüsusi qeyd-şərt nəzərə alınmaqla təsdiq edilib.
BAKU.WS xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı qanunu imzalayıb.
Qeyd-şərtə əsasən, sənəd dövlətlər və digər beynəlxalq hökumətlərarası təşkilatlarla siyasi əməkdaşlıq vә qarşılıqlı fəaliyyət məsələlərində Baş katibin MDB-nin sahəvi əməkdaşlıq orqanlarının işini əlaqələndirmək səlahiyyəti istisna olmaqla təsdiq edilir.
Qeyd edək ki, sənəd 2023-cü il oktyabrın 13-də Bişkek şəhərində imzalanmışdı.
Oxşar xəbərlər
Zakir Həsənov döyüş atışlı taktiki təlimin gedişatını yoxlayıb
Müdafiə Nazirliyinin rəhbərliyi və digər vəzifəli şəxslər N hərbi hissəsində keçirilən döyüş atışlı taktiki təlimin gedişatını yoxlayıb. Bu barədə BAKU.WS-ə Naz...