İlham Əliyev indoneziyalı həmkarını Müstəqillik Günü münasibəti ilə təbrik edib
Azərbaycan Prezidenti İlham Əliyev indoneziyalı həmkarı Prabovo Subiantoya təbrik məktubu ünvanlayıb.
BAKU.WS-in məlumatına görə, təbrikdə deyilir:
"17 Avqust – İndoneziya Respublikasının Müstəqillik Günü münasibətilə Sizə və Sizin simanızda dost xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram.
Hazırda Azərbaycan ilə İndoneziya arasında qarşılıqlı maraq doğuran bir sıra sahələr, xüsusilə də iqtisadiyyat, qarşılıqlı investisiya qoyuluşu, humanitar və digər istiqamətlər üzrə əməkdaşlığımızın əhatə dairəsinin daha da genişləndirilməsi üçün yaxşı imkanlar vardır.
Əminəm ki, Azərbaycan-İndoneziya dostluğu və əməkdaşlığının xalqlarımızın rifahı naminə möhkəmlənməsinə nail olacağıq.
Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, ali dövləti fəaliyyətinizdə müvəffəqiyyətlər, dost İndoneziya xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram".
Oxşar xəbərlər
İlham Əliyevə "İrpen şəhərinin fəxri vətəndaşı" vəsiqəsi təqdim edilib
Azərbaycan Prezidenti İlham Əliyevə "İrpen şəhərinin fəxri vətəndaşı" vəsiqəsi təqdim edilib. BAKU.WS xəbər verir ki, bu barədə dövlət başçısı "X" hesabında qey...