İlham Əliyev BMT-də: Zəfər və sülhün səsi

İlham Əliyev BMT-də: Zəfər və sülhün səsi
Video
Siyasət 38

Dövlət rəhbərlərinin BMT Baş Assambleyasının sessiyasındakı çıxışları hər zaman dünya ictimaiyyətinin diqqətini cəlb edir.

Bu barədə "Caliber"in "YouTube" kanalında yayımlanan yeni süjetdə bildirilir.

Qeyd olunur ki, rəhbər şəxslər yüksək tribunadan, bir qayda olaraq, ən aktual mövzulardan danışır, öz dövlətlərinin nöqteyi-nəzərini təqdim edirlər. Yanaşmalar və rəylər, əlbəttə ki, çox müxtəlif olur. Bu, tamamilə başa düşüləndir, əks halda dünyada bütün məsələlər üzrə konsensus yaranar və münaqişələr olmazdı. Bu, təəssüf ki, hələ də utopik bir arzudur.

"BMT-nin ötən çərşənbə günü açılan sessiyası səksəninci yubiley sessiyası oldu. Onun açılışından əvvəl proqramda göstərilən bütün natiqlər arasında dünyanın bir sıra ölkələrinin liderləri seçilirdi. Bu liderlər arasında ABŞ Prezidenti Donald Tramp, Türkiyənin rəhbəri Rəcəb Tayyib Ərdoğan və, şübhəsiz ki, Azərbaycan Prezidenti İlham Əliyev də var idi. Dövlət başçımızın çıxışı işğalın tabutuna amansızcasına vurulmuş sonuncu mismara həsr olundu. Onun nitqi xeyirin şər üzərində qələbəsi barədə idi", - videomaterialda deyilir.

Daha ətraflı "Caliber"in yeni süjetində:

Son xəbərlər