İlham Əliyev: "Azərbaycanda qazlaşdırma səviyyəsi 96 %-dir"
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanda qazlaşdırma səviyyəsi 96 %-dir.
BAKU.WS xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev onun himayəsi altında Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində təşkil olunan "Parçalanmış dünyada etimadın bərpası: Cənubi Qafqaz qlobal bağlantı və investisiya sabitliyinin dayağı kimi" mövzusuna dair tədbirdə bildirib.
Dövlət başçısı vurğulayıb ki, Azərbaycan ərazisinin 100 %-i isə elektrik enerjisi ilə təchiz olunub: "Üstəlik, elektrik enerjisini ixrac edirik".
İlham Əliyev qeyd edib ki, ölkədə dəmir yolu xətləri çəkilir, Bakı Beynəlxalq Dəniz Limanı genişləndirilir: "Yəni Azərbaycanda daxili infrastrukturla vəziyyət yaxşıdır. İnvestorlara transmilli maraqlara xidmət edən infrastruktur layihələri maraqlı ola bilər".
Oxşar xəbərlər
Prezidentin sosial şəbəkə hesablarında Konstitusiya Günü ilə bağlı paylaşım olunub
Azərbaycan Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında 12 noyabr - Konstitusiya Günü ilə bağlı paylaşım olunub. BAKU.WS paylaşımı təqdim edir: