İki ildir davam edən müharibə: Qlobal nizam yenidən qurulur

Yaxın Şərqin ən ağır səhifələrindən birinin üzərindən iki il keçir. 2023-cü ilin oktyabr ayında Qəzza zolağında başlanan "Əqsa Tufanı" əməliyyatı regionun siyasi, hərbi və diplomatik nizamını dəyişən zəncirvari reaksiyanın başlanmasına səbəb oldu.
O gündən bəri Yaxın Şərqdə nə bir gecə sakit keçib, nə də bir səhər ümidli açılıb. Hər siren səsi, partlayış, dağıntı artıq yalnız Qəzzada deyil, minlərlə kilometr uzaqda belə bəşəriyyətin vicdanında sarsıdıcı bir iz qoyur.
İki il ərzində bu müharibə formasını, miqyasını və hədəflərini dəyişsə də, bir həqiqət dəyişməyib: bölgənin və dünyanın sülhə olan ehtiyacı. Həmin hadisələrin ikinci ildönümündə həm hərbi, həm də diplomatik səhnədə yeni reallıqlar yaranır, regionun gələcəyi ilə bağlı suallar daha da çətinləşir. Bu sualların cavabını isə qarşıdakı müddətdə atılacaq hərbi-siyasi addımlar müəyyən edəcək. Son iki ildə Qəzza zolağında baş verənlərin şərhi "Hərbi xronika" verilişinin yeni buraxılışında diqqətə çatdırılıb.
Daha ətraflı Baku TV-nin videomaterialında:
Oxşar xəbərlər
Hadrutun işğaldan azad olunmasından 5 il ötür
Bu gün Xocavənd rayonunun Hadrut qəsəbəsinin işğaldan azad olunduğu gündür. BAKU.WS xatırladır ki, 2020-ci il sentyabrın 27-dən başlayaraq Azərbaycan Ordusunun...
