Husilər Qırmızı dənizin cənubuna gəmi əleyhinə ballistik raketlər atıblar

Husilər Yəməndə nəzarət etdikləri ərazilərdən Qırmızı dənizin cənubuna gəmi əleyhinə iki ballistik raket atıblar.
BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) "X" sosial şəbəkəsində yazıb.
"İranın dəstəklədiyi husilər Qırmızı dənizin cənubuna iki gəmi əleyhinə ballistik raket atıblar. Bölgədəki bir neçə ticarət gəmisi ballistik raketlərin yaxınlığa düşdüyünü bildirsə də, hər hansı ziyan barədə məlumat verməyib", - paylaşımda qeyd edilib.
Xatırladaq ki, bu, husilərin noyabrın 19-dan bəri Qırmızı dənizin cənubunda ticarət gəmilərinə qarışı 24-cü hücumudur.
Oxşar xəbərlər
İran husilərin əli ilə nə etmək istəyir? - VİDEO
Qəzza zolağında İsrail-HƏMAS müharibəsinin başlanmasından iki aydan çox vaxt keçməsinə baxmayaraq, İranın bu qanlı münaqişəyə münasibəti ilk baxışda müxtəlif gö...
