Suriyada ABŞ helikopteri qəzaya düşdü, 22 ABŞ əsgəri yaralandı

Suriyanın şimal-şərqində vertolyotun qəzaya uğraması nəticəsində 22 amerikalı əsgər yaralanıb.
BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, qəzanın səbəbləri hələlik məlum deyil.
ABŞ Mərkəzi Komandanlığından (CENTCOM) verilən yazılı açıqlamada, iyunun 11-də Suriyanın şimal-şərqində helikopterin qəzaya uğraması nəticəsində 22 ABŞ əsgərinin müxtəlif dərəcədə yaralandığı bildirilib.
Qeyd olunub ki, xəsarət alan əsgərlərə tibbi yardım göstərilib, onlardan 10-u "CENTCOM"dan kənarda yerləşən “reanimasiya müəssisələrinə” yerləşdirilib. Helikopterin hər hansı “düşmən atəşi” nəticəsində qəzaya uğramadığı bildirilib. Hadisə ilə bağlı əlavə məlumat verilməyib.
Oxşar xəbərlər
Amerikalı hərbçilər Suriyada İŞİD liderlərindən birini məhv ediblər - FOTO
Amerikalı hərbçilər Suriyada İŞİD terror qruplaşmasının liderlərindən birini məhv ediblər. BAKU.WS xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Ko...
