Hindistan koronavirusa yoluxanların sayına görə Çini ötüb
Yeniliklərdən dərhal xəbərdar olun
Hindistan yeni növ koronavirusa (COVID-19) yoluxanların sayına görə Çini ötərək dünya üzrə 11-cı sıraya yüksəlib.
BAKU.WS pandemiyanın statistikasını aparan “Worldometers” saytına istinadla xəbər verir ki, mayın 15-də 3 min 549 yeni yoluxma faktı qeydə alınıb. Bununla ölkədə ümumi yoluxanların sayı 85 min 546 nəfər çatıb. Virus səbəbindən ölənlərin sayı isə 2 min 746-ya yüksəlib.
Qeyd edək ki, Hindistanın Səhiyyə Nazirliyi səhər saatlarında açıqlama yayaraq, ötən sutka ərzində 2 min 649 yeni yoluxma və 100 ölüm faktı qeydə alındığını bildirmişdi.
Oxşar xəbərlər
Qonşu ölkələrdə son vəziyyət: Azərbaycan aprelin 20-dən sonra karantini uzadacaq?
4 aydır bütün dünyada yayılan koronavirus pandemiyası səbəbindən milyardlarla insana sosial izolyasiya tədbirləri tətbiq olunub. BAKU.WS xəbər verir ki, bəzi öl...