Hindistan Ermənistana haubitsa tədarük edib
Yeniliklərdən dərhal xəbərdar olun
Ermənistan Hindistandan 6 "ATAGS" haubitsası alıb.
"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə "Indian Defence Research Wing" məlumat yayıb.
Yerli müdafiə şirkəti “Bharat Forge” açıqlayıb ki, haubitsalar avqustun əvvəlində təhvil verilib.
Bu, imzalanmış müqavilə çərçivəsində Ermənistana gələn ilk partiyadır. Sənəd növbəti üç il ərzində bu tipli əlavə 84 yedəkli haubitsanın mərhələli şəkildə çatdırılmasını nəzərdə tutur. Eyni zamanda qeyd olunur ki, “Bharat Forge” Ermənistana artilleriya sistemlərini vaxtından əvvəl çatdırmağı planlaşdırır.
Oxşar xəbərlər
İlham Əliyev Şuşa Qlobal Media Forumunda çıxış edib - YENİLƏNİB + FOTO/VİDEO
İyulun 21-də “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumunun açılış mərasimi keçirilib. AZƏRTAC xəbər verir ki, Azərbaycan Res...