Hikmət Mirzəyev Türkiyə - Suriya sərhədində olub

Hikmət Mirzəyev Türkiyə - Suriya sərhədində olub
Video
Siyasət 186

Türkiyədə səfərdə olan Azərbaycan müdafiə nazirinin müavini, Quru Qoşunları komandanı general-polkovnik Hikmət Mirzəyev Türkiyə Silahlı Qüvvələri Quru Qoşunlarının komandanı Selçuk Bayraktaroğlu ilə birgə Suriya ilə sərhəddə yerləşən Kilis vilayətində olub.

Məlumat Türkiyənin Milli Müdafiə Nazirliyinin "X" səhifəsində dərc edilib.

Belə ki, iki qardaş ölkənin ordu rəhbərliyinin nümayəndələri Türkiyə Silahlı Qüvvələrinin Suriya ilə sərhəddəki postlarından birində olublar.

S.Bayraktaroğlu Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələrinə qardaş dövlətin ordusunun istifadə etdiyi silah və sistemlər barədə məlumat verib, Türkiyə hərbçilərinin təcrübəsindən danışıb.

Türkiyə və Azərbaycan Quru Qoşunları komandanlıqları arasında əməkdaşlığın və koordinasiyanın dərinləşdirilməsi yolları ətrafında fikir mübadiləsi aparılıb.

Son xəbərlər