Hikmət Hacıyev Britaniyanın rəsmi şəxsləri ilə görüşüb

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Londonda Böyük Britaniyanın Avropa, Şimali Amerika və Xarici Ərazilər üzrə dövlət naziri Stiven Doutin ilə görüşüb.
Bu barədə Azərbaycanın Böyük Britaniyadakı səfiri Elin Süleymanov "X"də paylaşım edib.
Görüşdə Azərbaycan-Böyük Britaniya ikitərəfli əməkdaşlığının dərinləşdirilməsi müzakirə mövzusu olub.
H.Hacıyev, həmçinin Böyük Britaniyanın Milli Təhlükəsizlik müşaviri Conatan Pauell ilə də görüşüb. Görüşdə güclü Azərbaycan-Böyük Britaniya ikitərəfli tərəfdaşlığı və regional inkişaflar haqqında çox səmərəli müzakirə aparılıb.
Oxşar xəbərlər
Mehriban Əliyeva Roma Papası ilə görüşü barədə paylaşım edib
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Müqəddəs Taxt-Taca – Vatikana rəsmi səfəri çərçivəsində oktyabrın 17-də Roma Papası XIV Leo ilə görüşüb....
