Dövlət və hökumət rəsmiləri bələdiyyə seçkisində səs verirlər
Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev bələdiyyə seçkisində iştirak edib.
F.Abdullayev 7 saylı Səbail Seçki Dairəsinin 2 saylı seçki məntəqəsində səs verib.
Mənzil İnşaatı Dövlət Agentliyinin İdarə Heyətinin sədri Sadiq Sadıqov bələdiyyə seçkisində səsvermə hüququndan istifadə edib.
BAKU.WS "Report"un məlumatına əsasən xəbər verir ki, o, 23 saylı Nəsimi-Səbail seçki dairəsinin İlyas Əfəndiyev adına Elitar Gimnaziyasında yerləşən 18 saylı seçki məntəqəsində səs verib.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova bələdiyyə seçkisində səsvermə hüququndan istifadə edib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, komitə sədri 23 saylı Nəsimi-Səbail seçki dairəsinin 3 saylı seçki məntəqəsində səs verib.
***12:05
Milli Məclisin sədri səsvermə hüququndan istifadə edib.
BAKU.WS xəbər verir ki, Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə Qafarova yanvarın 29-da 19 saylı Nərimanov birinci seçki dairəsinin 11 saylı seçki məntəqəsində səs verib.
***12:01
Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri Samir Nuriyev yanvarın 29-da 16 saylı Yasamal ikinci seçki dairəsinin 34 saylı seçki məntəqəsində səs verib.
Bu seçki məntəqəsində də seçicilər öz hüquqlarından fəal şəkildə istifadə edirlər.
Qeyd edək ki, bələdiyyə seçkilərində 16 min 92 namizəd mübarizə aparır. Seçkilər zamanı respublika üzrə 685 bələdiyyəyə 8071 üzv seçiləcək.
Səsvermə 118 seçki dairəsi üzrə 5846 seçki məntəqəsində keçirilir.
***11:08
Baş prokuror Kamran Əliyev bələdiyyə seçkilərində səs verib.
BAKU.WS report-a istinadən xəbər verir ki, Baş prokuror 15 saylı Yasamal birinci Seçki Dairəsinin 15 saylı seçki məntəqəsində səsvermə prosesində iştirak edib.
***
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov bələdiyyə seçkilərində səsvermə hüququndan istifadə edib.
BAKU.WS report-a istinadən xəbər verir ki, o, 7 saylı Səbail seçki dairəsinin 6 saylı məntəqəsində səs verib.
***
Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov bələdiyyə seçkisində iştirak edib.
BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, o, 7 saylı Səbail Seçki Dairəsinin 2 saylı seçki məntəqəsində səs verib.
***10:37
Səhiyyə naziri bələdiyyə seçkisində səsvermə hüququndan istifadə edib.
BAKU.WS Teleqraf.com-a istinadən xəbər verir ki, səhiyyə naziri Teymur Musayev Bakı şəhərinin 17 saylı Yasamal üçüncü seçki dairəsinin 24 saylı seçki məntəqəsində səs verib.
***09:41
Müdafiə naziri general-polkovnik Zakir Həsənov bələdiyyə seçkisində səsvermə hüququndan istifadə edib.
BAKU.WS Teleqraf.com-a istinadən xəbər verir ki, nazir 23 saylı Nəsimi-Səbail seçki dairəsinin 29 saylı məntəqəsində səs verib.
Qeyd edək ki, Azərbaycanın ərazi bütövlüyü və suverenliyini tam təmin etdikdən sonra keçirilən ilk bələdiyyə seçkiləridir.
***09:28
Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bələdiyyə seçkisində səs verib.
BAKU.WS Teleqraf.com-a istinadən xəbər verir ki, Hikmət Hacıyev 17 saylı Yasamal 3-cü seçki dairəsi, 1 saylı məntəqədə səsvermə hüququndan istifadə edib.
Qeyd edək ki, bu gün Azərbaycanda bələdiyyə seçkisi keçirilir.
Oxşar xəbərlər
MSK bələdiyyə seçkilərinin ilkin nəticələrini açıqlayıb
Yanvarın 29-da Azərbaycanda mövcud olan 685 bələdiyyəyə seçkilər keçirilib. 685 bələdiyyəyə 8071 üzv seçilməli idi və bu bələdiyyələr Azərbaycanda mövcud olan 1...