Hikmət Hacıyev alman və azərbaycanlıların iki əsrlik birgəyaşayış tarixindən bəhs edən filmi paylaşıb
Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev almanlar və azərbaycanlıların iki əsrlik birgəyaşayış tarixinə həsr olunmuş "Counterpoint" sənədli filmi barədə paylaşım edib.
BAKU.WS xəbər verir ki, Hikmət Hacıyev bununla bağlı "X" sosial şəbəkə hesabında paylaşım edib.
Qeyd olunur ki, filmdə əks olunan tarix indiki Almaniyanın Baden-Vürtemberq federal torpağından Azərbaycana köçmüş şvab ailələrinin məskunlaşması ilə başlayır.
"Sənədli filmdə alman köçkünlərin və yerli azərbaycanlıların öz dinlərini, dillərini və ənənələrini qoruyaraq necə firavan icmalar qurduqları göstərilir. Bununla belə, sovet repressiyaları, deportasiyalar və müharibə iki xalq arasında formalaşmış birgəyaşayış ənənəsini pozub.
Köçkünlərin nəsillərinin, tarixçilərin və diplomatların xatirələri əsasında hazırlanan filmdə bu günədək qorunub saxlanılan mədəni irs və tarixi yaddaşın keçmişin sınaqlarından necə çıxdığı araşdırılır", - deyə o əlavə edib.
COUNTERPOINT DOCUMENTARY Counterpoint traces two centuries of #German-#Azerbaijani coexistence, beginning with Swabian families who left what is now Baden-Württemberg and established settlements in Azerbaijan. The documentary explores how German settlers and local Azerbaijanis built prosperous communities while preserving their different faiths, languages and traditions — before Soviet repression, deportations and war disrupted that shared history. Through descendants, historians and diplomats, the film examines what remains of that legacy today and how cultural memory has survived. YT (German): https://t.co/CwwdqI3K4j YT (English): https://t.co/5maI96jPvt
— Hikmet Hajiyev (@HikmetHajiyev) October 17, 2026
Oxşar xəbərlər
Qərbi Azərbaycan həqiqətləri: Ağudi kəndinin tarixi və demoqrafiyası
Qərbi Azərbaycan tarixən yüzminlərlə azərbaycanlının yaşadığı coğrafi məkandır. Bu gün həmin ərazilərdə soydaşlarımızın izləri silinmək istənilsə də, Qərbi Azər...