İranın XİN başçısı: Hörmüz boğazının açılması ilə bağlı qərar ABŞ-dən asılıdır

İranın XİN başçısı: Hörmüz boğazının açılması ilə bağlı qərar ABŞ-dən asılıdır
Dünya 19

İran Hörmüz boğazında gəmiçiliyin bərpası üzrə yeddigünlük planı Qətər vasitəsilə Birləşmiş Ştatlara təqdim edib və Vaşinqtonun cavabını gözləyir.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə "Al Jazeera" İranın xarici işlər naziri Abbas Əraqçinın Bağdadda İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının iclasında verdiyi bəyanata istinadən məlumat yayıb.

"İndi qərar Birləşmiş Ştatlara qalır", - İranın XİN başçısı bildirib.

A.Əraqçı vurğulayıb ki, Vaşinqtonun münaqişə ilə bağlı mövqeyi dəyişmədən gəmiçiliyin təhlükəsizliyinin təmin edilməsi qeyri-mümkündür.

Bununla yanaşı, nazir Tehranın münaqişənin həlli istiqamətində diplomatik səyləri davam etdirməyə hazır olduğunu təsdiqləyib: "İran öz xalqını, suverenliyini və qanuni maraqlarını qoruyacaq. Lakin hüquqlarımızın müdafiəsi ilə sülhə can atmaq arasında heç bir ziddiyyət yoxdur".

Onun sözlərinə görə, Tehran müharibənin vurduğu ziyanı dərk edir və sülhün əldə olunmasına böyük əhəmiyyət verir.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər