Hərbi Prokurorluqda yeni idarə yaradıldı: Rəis təyin edildi
Azərbaycan Respublikası Hərbi Prokurorluğunda aparılan struktur islahatları çərçivəsində yeni idarə və şöbələr yaradılıb. Yeni hərbi prokurorun rəhbərliyi ilə islahatlar uğurla davam edir.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, islahatlar çərçivəsində Hərbi prokurorluqlarda istintaqa nəzarət idarəsi təsis edilib.
Baş prokuror Kamran Əliyevin əmri ilə Gəncə hərbi prokuroru ədliyyə polkovniki Şöhrət Qazaxəli oğlu Qəhrəmanov tutduğu vəzifədən azad olunub. Digər əmrlə Ş.Qəhrəmanov Hərbi prokurorluqlarda istintaqa nəzarət idarəsinin rəisi vəzifəsinə təyin olunub.
Qeyd edək ki, son günlərdə Respublika Hərbi Prokurorluğunda bir neçə yeni təyinatlar olub.
Oxşar xəbərlər
Ermənilərin Gəncədə törətdiyi ilk terrordan 6 il ötür
İkinci Qarabağ müharibəsi dövründə Gəncə şəhərinin Ermənistan Silahlı Qüvvələri tərəfindən ilk raket hücumuna məruz qalmasından 6 il ötür. BAKU.WS xatırladır ki...