Hərbi paradda bir sıra ölkələrin ordu rəhbərliyi iştirak edib
Bakının Azadlıq meydanında Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi paradda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şəriflə yanaşı, bir sıra ölkələrin ordu rəhbərliyi də iştirak edib.
BAKU.WS report-a istinadən xəbər verir ki, hərbi paradı Slovakiyanın Baş nazirinin müavini, müdafiə naziri Robert Kalinakın başçılıq etdiyi nümayəndə heyəti, Serbiya silahlı qüvvələrinin Baş Qərargah rəisi general Milan Moysiloviç, Qazaxıstanın müdafiə naziri Dauren Kosanov, habelə Səudiyyə Ərəbistanı müdafiə nazirinin müavini, Qırğızıstanın müdafiə naziri, eləcə də Özbəkistanın müdafi nazirinin müavini izləyiblər.
Oxşar xəbərlər
Alyona Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzindən video paylaşıb
Dekabrın 27-də Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva və Prezident İlham Əliyevin gəlini Alyona Əli...