Əhəd Abıyev Binəqədiyə rəhbər gətirilir? — İcra başçısının AÇIQLAMASI
22
may
2018
14:25
Əhəd Abıyevin Bakı şəhərinin Binəqədi rayonuna İcra hakimiyyətinin başçısı təyin olunacağı barədə yayılan xəbərlərə rəsmi reaksiya gəlib.BAKU.WS Femida.az-a istinadən xəbər verir ki, yayılan informasiya yalandır."Əhəd Abıyev bildirdi ki, mənim Bakı şəhərinin Binəqədi rayonuna İcra hakimiyyətinin başçısı təyin olunacağımla bağlı müxtəlif saytlarda və mətbuatda gedən məlumatlar həqiqətə uyğun deyil, yalandır, şayiədən ibarətdir.Bu şayiələr Daşkəsən rayonunun yaylaq ərazilərinə kənar yerlərdən uzun müddət qeyri-qanuni yolla öz qoyun sürülərini gətirən çobanlara himayədarlıq edən şadlıq sarayları və restoran sahiblərinin şəxsi maraqlarına uyğun uydurmalarıdır. Belə şayiələrlə onlar yaylaqlarda öz qanunazidd əməllərinə çatmaq istəyirlər. Bu da yolverilməzdir.Bir daha da mənim barəmdə yeni təyinatla bağlı yazılan xəbərlərin tamamilə yalan olduğunu bildirirəm.", deyə məlumatda qeyd olunur.BAKU.WS
Oxşar xəbərlər
Əhəd Abıyev bayram tədbirində yumruqlarını işə saldı - FOTO
Daşkəsən şəhərinin Heydər Əliyev meydanında minlərlə rayon sakinin və əsgərlərin iştirakı ilə Novruz bayramı tədbiri keçirilib.BAKU.WS xəbər verir ki, Daşkəsən...