Hafiz Hacıyev Zahid Orucu təlxək adlandırdı
12
apr
2018
15:10
“Mənim səslərimi Zahid Orucla, Qüdrət Həsənquliyevə veriblər. Bu ciddi mubahisəyə səbəb olub”.Bu sözləri BAKU.WS-ə açıqlaması zamanı Hafiz Hacıyev bildirib:“Mənim səslərimi Zahid Orucla, Qüdrət Həsənquliyevə veriblər. Onlar özləri də təəssüf hissi keçirirlər. Niyə belə olduğun heç özləri də bilmir. Hər halda onlarla ciddi mübarizə aparılacaq. Bu gün bir sıra xarici dövlətlərin səfirləri ilə görüşlərim gözlənilir. Dünya təşkilatlarına müraciətlərim gözlənilir. Yerlərdən mənə verilən məlumata görə mən 2-ci yerdə olmuşam. Mənim səslərimi, Zahid Oruc deyirlər nə deyirlər ona veriblər. Hər kəs bilir ki o uşaqdı, ağzının danışığını bilmir. Onu saxta deputat edib buraxıblar ortaya. Bunun nə partiyası var, nə təşkilatı var. Bu seçkiyə kölgə salmaqdır. Hökümətin daxilindəki bəzi qruplaşmaların işidir ki, keçirilən bu seçkilərə kölgə salsınlar”.Mitinq məsələlərinin də gündəmdə olduğunu bildirən Hafiz Hacıyev qeyd edib ki, saxta deputat yaradanlar bu gün prezidentliyə namizədlər arasında həmin o saxtalara 2-ci və 3-cü yerləri verirlər.Səslərinin 2-ci və 3-cü yerlərə verilməsini yerli təşkilatlardan öyrəndiyini deyən Hafiz Hacıyev, Zahid Orucun ünvanına sərt sözlər işlədib.O bildirib ki: “Məntiqlə düşünsək görərik ki Zahid Oruc heç səsverməyə dəvət çağırışı belə etməyib. Zahid Orucu, partiyası və ətrafı olmayan “Təlxək” adlandıran Hafiz Hacıyev sözlərinə belə davam edib.Qüdrət Həsənquliyev heç özü də bilmirdi ki, necə belə oldu. Onu necə deputat ediblərsə eləcə də 2-ci yerə çıxarıblar”. Hökümət daxilində bəzi qurumlar dəstəkləyir onları. Mən həmin qurumlarla mübarizəyə başlayacam.Nihat HÜSEYNZADƏBAKU.WS
Oxşar xəbərlər
Prezident seçkilərinin ilkin nəticələri AÇIQLANDI
Aprelin 11-də Azərbaycanda keçirilən prezident seçkilərində səsvermənin ilkin nəticələri məlum olub.BAKU.WS-in məlumatına görə, Mərkəzi Seçki Komissiyasının səd...