Gürcüstanın eks-prezidenti Saakaşvilini əfv etməməsinin səbəbini açıqlayıb
Yeniliklərdən dərhal xəbərdar olun
Gürcüstanın eks-prezidenti Salome Zurabişvili sabiq prezident Mixail Saakaşvilini yeni hökmlərin çıxarılması riski səbəbindən əfv etməyib.
BAKU.WS TASS-a istinadən xəbər verir ki, o, bu qərarını Amerika Sahibkarlıq İnstitutu tərəfindən təşkil olunmuş konfransda bildirib.
"Saakaşviliyə gəlincə, düşünürəm ki, hamı mənim mövqeyimi bilir, bunu dəfələrlə demişəm. Üstəlik, [hakim partiya] "Gürcü Arzusu" onun azadlığa buraxılması üçün yeni hökm çıxarmadan əfv etmək üçün hüquqi imkan yox idi" - deyə Zurabişvili qeyd edib.
Eks-prezident vurğulayıb ki, kiminsə həbsdən azad olunması üçün 48 saat tələb olunur, lakin Saakaşvili ilə bağlı üç yeni hökmün təhlükəsi mövcud idi. Onun sözlərinə görə, Saakaşvili yalnız "Gürcü arzusu" hakimiyyəti itirdikdən sonra həbsdən çıxa bilər.
Oxşar xəbərlər
Leyla Əliyeva COP31 çərçivəsində bir sıra görüşlər keçirib
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva noyabrın 14-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konven...