Gürcüstandan daha 281 nəfər Azərbaycana təxliyə olunacaq
Yeniliklərdən dərhal xəbərdar olun
Sabah Gürcüstandan 281 nəfərin Azərbaycana təxliyəsi təşkil olunacaq.
BAKU.WS report-a istinadən xəbər verir ki, həmin şəxslərin 123-ü Azərbaycan, 151-i Gürcüstan, 5-i Rusiya, biri Türkiyə, digəri isə Ukrayna vətəndaşıdır.
Bu gün onlar Tbilisidə xüsusi laboratoriyada koronavirusla bağlı test olunublar. Nəticələrin sabah səhər açıqlanacağı gözlənilir.
COVID-19 aşkarlanmayan şəxslər sabah səfirliyin təşkilatçılığı ilə 5 avtobusla Azərbaycanla sərhəddəki “Qırmızı körpü” sərhəd-keçid məntəqəsinə çatdırılacaq.
Səfirlikdən qeyd olunub ki, Gürcüstan vətəndaşlarının Azərbaycana növbəti təxliyəsi sentyabrın 8-nə nəzərdə tutulub.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Nazirlər Kabinetinin iclasını keçirib - VİDEO (YENİLƏNİB)
İyulun 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının y...