Gürcüstanda siqaret bahalaşıb

Gürcüstanda siqaret bahalaşıb
Siyasət 1377
Gürcüstanda siqaretin qiyməti artıb.“Report”un Gürcüstan bürosunun verdiyi xəbərə görə, tütün məmulatlarının satıldığı kiosklarda müxtəlif markalı siqaretlərin qiyməti orta hesabla 50 tetri (0,18 dollar) bahalaşıb.Siqaretin bahalaşması ötən ilin sonunda ölkənin Vergi Məcəlləsinə edilmiş dəyişikliklərlə əlaqədardır. Belə ki, yanvarın 1-dən etibarən idxal olunmuş filtrli siqaretlərə tətbiq olunan vergi artırılıb. Dəyişikliklərə əsasən, şirkətlər dövlətə siqaret qutusunun dəyərinin 10%-ni deyil, 30%-ni ödəməli olacaqlar.Bundan başqa, yanvarın 1-dən etibarən filtirsiz siqaretlərə olan aksiz vergisi filtrli siqaretlerin aksiz vergisi ilə eyniləşdirilərək 20 siqaret üçün 1,7 lari (0,63 dollar) təşkil edib.BAKU.WS

Oxşar xəbərlər

Azərbaycanda siqaret bahalaşdı

Azərbaycanda siqaret bahalaşdı

Azərbaycanda siqaret və tütün məmulatlarının qiyməti bahalaşıb. Paytaxt Bakıda günün ikinci yarısından etibarən marketlərdə siqaret və tütün məmulatlarının qiym...

3 Sosial 18:16 29 sentyabr 2018

Son xəbərlər