Hökumətdən benzinin qiyməti ilə bağlı qərar - vergi azaldıldı
17
avq
2016
16:04
Nazirlər Kabineti "Azərbaycan Respublikasının ərazisinə gətirilən aksiz vergisinə cəlb olunan malların aksiz dərəcələrinin təsdiq edilməsi haqqında" 19 yanvar 2001-ci il tarixli qərarına dəyişiklik edib.
"Report" xəbər verir ki, dəyişikliyə əsasən, ölkəyə idxal olunan bəzi mallar üçün aksiz vergisi azaldılıb.
Belə ki, aviasiya benzini istisna olmaqla, mühərrik benzininin hər 1 tonu üçün aksiz vergisi 200 manatdan 1 manata endirilib. Bu qərar avqustun 16-dan etibarən 60 gün müddətində qüvvədədir.
BAKU.WS
Oxşar xəbərlər
Azərbaycana rüsumsuz gətirilən ərzaq, alkoqollu içki və siqaretlə bağlı yeni qadağa
Ay ərzində bir dəfə 30 kiloqrama qədər ərzaq məhsulları gömrük ödənişləri ödənilmədən gömrük sərhədindən keçirilə bilər. BAKU.WS xəbər verir ki, gələn həftə Az...