Sahibkarlar Vergilər Nazirliyinə çağırılaraq xəbərdar edildi
Aksiz markası ilə markalanmalı olan malların istehsalını, idxalını, satışını və alışını həyata keçirən vergi ödəyiciləri ilə görüş keçirilib
Vergilər Nazirliyinin Analitik-informasiya şöbəsindən BAKU.WS-ə verilən məlumata görə, görüşdə vergilər nazirinin 1-ci müavini Natiq Əmirov çıxış edərək, görüşün məqsədinin onları qanunvericilikdə edilmiş dəyişikliklərlə bağlı məlumatlandırmaq, yeni qaydaları ətraflı izah etmək və bu sahədə yaranan sualların cavablandırılmaqdan ibarət olduğunu bildirib və ölkə ərazisində aksiz markası ilə markalanmalı olan malların dövriyyəsinin tənzimlənməsi üçün zəruri olan şərtlər və tələblər barədə məlumat verib.
Bildirilib ki, aksizli malların Azərbaycan Respublikasının ərazisində dövriyyəsinin tənzimlənməsi qaydalarının müəyyən edilməsi və həmin qaydaların tələblərini pozan şəxslərin İnzibati Xətalar Məcəlləsində və Cinayət Məcəlləsində nəzərdə tutulmuş hallarda məsuliyyət daşımaları barədə Vergi Məcəlləsinə müvafiq müddəalar daxil edilib.
Görüş iştirakçılarının nəzərinə çatdırılıb ki, "Aksiz markası ilə markalanmalı olan malların Azərbaycan Respublikasının ərazisində dövriyyəsinin tənzimlənməsi qaydaları” 2016-cı ilin yanvarın 1-dən qüvvəyə minəcək.
Görüşdə qanunvericilikdə edilmiş dəyişikliklərlə bağlı ətraflı məlumat verilərək bildirilib ki, aksiz markaları ilə markalanmalı olan malların nağdsız qaydada satışı nağdsız ödənişlərin stimullaşdırılması, bu sahədə dövriyyənin qanunun tələblərinə tam uyğunlaşdırılması və uçot sisteminin təkmilləşdirilməsinə xidmət edəcəkdir. Ölkədə nağdsız ödənişlərin tətbiqi üçün hər cür şərait var. Cari ilin sonunadək bütün obyektlərin POS-terminalla təmin olunması nəzərdə tutulub.
Daha sonra sahibkarlar tərəfindən verilən çoxsaylı suallar cavablandırılıb, müvafiq məsələlər üzrə ətraflı izahat verilib və vergi ödəyicilərinin təklifləri dinlənilib.
BAKU.WS
Oxşar xəbərlər
Nazirlikdən vergi ödəyicilərinə xəbərdarlıq: Yeni ildən etibarən...
Vergilər Nazirliyi Azərbaycan Respublikasının ərazisində aksiz markası ilə markalanmalı olan malların istehsalını, idxalını, satışını və alışını həyata keçirən...