Gürcüstan XİN rəhbəri Azərbaycana gəlir
Yeniliklərdən dərhal xəbərdar olun
Gürcüstanın xarici işlər naziri İlya Darçiaşvili 26-27 aprel tarixlərində Azərbaycana rəsmi səfər edəcək.
BAKU.WS APA-ya istinadla xəbər verir ki, bu barədə Gürcüstan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Azərbaycana ilk səfəri çərçivəsində İlya Darçiaşvilini Azərbaycan Prezidenti İlham Əliyev qəbul edəcək.
Gürcüstan XİN başçısı Baş nazir Əli Əsədov, Milli Məclisin sədri Sahibə Qafarova və xarici işlər naziri Ceyhun Bayramovla görüşəcək.
Səfər zamanı Gürcüstan-Azərbaycan strateji tərəfdaşlığına dair müzakirələrin aparılacağı qeyd olunub.
Oxşar xəbərlər
Prezident bu şəxsləri əfv etdi - SƏRƏNCAM
Prezident İlham Əliyev "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncam imzalayıb. BAKU.WS xəbər verir ki, sərəncamda deyilir: 1. Azadlıqdan m...