Günün Yekunu - 29 aprel 2021
Yeniliklərdən dərhal xəbərdar olun
Ölkə gündəminin qısa xülasəsini öyrənmək üçün hər gün saytımızda “Günün Yekunu” adlı xəbər blokumuzu izləyə bilərsiniz.
Ermənilər Laçın dəhlizi vasitəsilə Xankəndini boşaldırlar.
Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/karabakh/117755
Sosial şəbəkədə şəhid Xudayar Yusifzadə haqqında xoşagəlməz ifadələr yazdığına görə küçədə döyülən Fuad Rəsulzadənin görüntüləri yayıldıqdan sonra polis məsələni araşdırmağa başlayıb.
Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/incident/117756
Ölkədə həyata keçirilən sistemli islahatlara mane olan, dövlətin qanunla qorunan mənafelərinə zərər vuran, dövlət orqanlarının fəaliyyətinə kölgə salan korrupsiya və digər əlaqəli cinayət əməllərinə qarşı hüquqi mübarizə tədbirləri davam etdirilir.
Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/incident/117763
"Azərbaycan səhiyyəsi son bir ayda artan dalğa qarşısında yüklənmiş vəziyyətdədir. Buna uyğun olaraq dövlətin adiyyəti qurumları tədbirlər görürlər. Hər bir dalğanın ortalama bir-iki aylıq yüksəlmə və düşmə reallığı var".
Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/coronavirus-azerbaijan/117767
Pərdə, plyonka və jalüz yenidən gündəmdədir. Bu ilin fevralında Milli Məclisin keçirilən plenar iclasında “Yol hərəkəti haqqında” Qanuna dəyişiklik müzakirəyə çıxarılmışdı. Dəyişikliyə əsasən, sürücünün görünüş dairəsini məhdudlaşdırmamaq şərtilə nəqliyyat vasitələrinin şüşələrinə örtüklərin (pərdə, jalüz və plyonka) çəkilməsi qaydasının Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən ediləcəyi təklif edilir.
Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/social/117775
Aprelin 29-da Prezident İlham Əliyev “1941–1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi haqqında” Sərəncam imzalayıb.
Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/politics/117795
Hazırda Azərbaycanda epidemioloji vəziyyət Ramazan bayramı günlərində sərt karantin rejiminin tətbiq edilməsinə ehtiyac yaratmır.
Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/coronavirus-azerbaijan/117803
Bakıda intihar etmək istəyən şəxs xilas olunub.
Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/incident/117811
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 1 392 yeni yoluxma faktı qeydə alınıb, 2 274 nəfər müalicə olunaraq sağalıb.
Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/coronavirus-azerbaijan/117815
Rövşən Elmidar oğlu Bağırov Ağsu Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/politics/117820
Prezident İlham Əliyev Mübariz Ağali oğlu Əsgərovun Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasının üzvü təyin edilməsi haqqında sərəncam imzalayıb.
Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/politics/117825
Rusiyanın xarici işlər naziri Sergey Lavrov mayın 10-11-də Azərbaycanda işgüzar səfərdə olacaq.
Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/politics/117823
Oxşar xəbərlər
Bir qrup hərbu qulluqçu “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edilib - SİYAHI
Prezident İlham Əliyev "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında...