SİZİN REKLAM BURADA!
055 213 76 73


Sosial şəbəkədə şəhid Xudayar Yusifzadə haqqında xoşagəlməz ifadələr yazdığına görə küçədə döyülən Fuad Rəsulzadənin görüntüləri yayıldıqdan sonra polis məsələni araşdırmağa başlayıb.

Məsələ ilə bağlı BAKU.WS-in sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirdilər ki, hadisədən məlumatlıdırlar.

Məsələ ilə bağlı araşdırma aparılacaq.

Vətəndaşa fiziki təzyiq göstərən şəxslərin müəyyən edilməsi istiqamətində müvafiq tədbirlər davam etdirilir.

Qeyd edək ki, Fuad Rəsulzadə "Twitter" sosial şəbəkəsində "Xudayar çoxdandır təzə mahnı buraxmır” adlı status yazmışdı. Bu sözlərinə görə sərt tənqid olunan gənci bir qrup şəxs küçədə döyüb.

Həmin videonu təqdim edirik:

BAKU.WS
VİDEO