“Günün Yekunu” - 26 sentyabr 2019

“Günün Yekunu” - 26 sentyabr 2019
Siyasət 445
Ölkə gündəminin qısa xülasəsini öyrənmək üçün hər gün saytımızda “Günün Yekunu” adlı xəbər blokumuzu izləyə bilərsiniz.BAKU.WS xəbər verir ki, FİFA-nın ilin ən yaxşı futbolçusu nominasiyası üzrə keçirilən səsvermə prosesində saxtakarlıq aşkar olunub. BAKU.WS xəbər verir ki, adı səsvermədə göstərilən Nikaraqua yığmasının kapitanı Xuan Barrera “Barselona”nın ulduzu Lionel Messiyə səs vermədiyini açıqlayıb.Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/sports/70515
“Günün Yekunu” - 26 sentyabr 2019
Ölkədə meteohəssas insanlar üçün əlverişsiz durum proqnozlaşdırılıb.Azərbaycan Milli Elmlər Akademiyasının N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından BAKU.WS-ə verilən məlumata görə, yaxın günlərdə Günəş küləyi parametrlərinin əhəmiyyətli dərəcədə güclənəcəyi gözlənilir. Küləyin sürəti 650 – 700 km/san-yə qədər artacaq.Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/hot_news/70518
“Günün Yekunu” - 26 sentyabr 2019
Daşkəsən rayon Poçt Şöbəsinin rəisi Qoşun İdris oğlu Alıyev işindən yol verdiyi nöqsanlara görə vəzifəsindən azad olunub.BAKU.WS-in bölgə müxbirinin verdiyi məlumata görə, sabiq rəis 7 ilə yaxın həmin vəzifədə çalışıb.Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/incident/70532
“Günün Yekunu” - 26 sentyabr 2019
İsveçdə yaşayan məşhur tatu ustası Josef Lokonun azərbaycanlı olduğu üzə çıxıb. BAKU.WS xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumatlar paylaşılır. Josefin şəxsi Facebook səhifəsinə nəzər saldıq isə bunun əyani şahidi olmaq mümkündür. Belə ki, əsl adı Yusif olduğu deyilən tatu ustası Facebook hesabında yaxın qohumu kimi Nərminə Səttarova adlı xanımı işarələyib.Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/lifestyle/70533Ali Məhkəmə Meydan TV-nin saytına blok qoyulmasını nəzərdə tutan qərarı ləğv edib. Səbail Rayon Məhkəməsi 2017-ci il mayında Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tələbi ilə Azadlıq qəzeti, Azadlıq Radiosu, Azərbaycan Saatı proqramı, Turan TV-nin və Meydan TV-nin saytının bloklanmasına qərar vermişdi.Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/social/70537
“Günün Yekunu” - 26 sentyabr 2019
Fransanın keçmiş prezidenti Jak Şirak ölüb. Sabiq dövlət başçısı 86 yaşında vəfat edib.Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/dunya/70540
“Günün Yekunu” - 26 sentyabr 2019
İstanbul şəhərində 5,8 bal gücündə zəlzələ baş verib.Yerli vaxtla 13:59-da qeydə alınan zəlzələnin episentri İstanbulun mərkəzindən 67 km uzaqda, Silivri sahilində yerin 12 km dərinliyində yerləşib.Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/dunya/70549
“Günün Yekunu” - 26 sentyabr 2019

Oxşar xəbərlər

FİFA-nın səsverməsində böyük rəzalət: Messiyə səs verilməyib - FOTO

FİFA-nın səsverməsində böyük rəzalət: Messiyə səs verilməyib - FOTO

FİFA-nın ilin ən yaxşı futbolçusu nominasiyası üzrə keçirilən səsvermə prosesində saxtakarlıq aşkar olunub. BAKU.WS xəbər verir ki, adı səsvermədə göstərilən Ni...

1533 İdman 10:11 26 sentyabr 2019

Son xəbərlər