İstanbulda güclü zəlzələ oldu, 8 nəfər yaralandı - YENİLƏNİB

İstanbulda güclü zəlzələ oldu, 8 nəfər yaralandı - YENİLƏNİB
Siyasət 1992
BAKU.WS “Posta”ya istinadən xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan zəlzələ ilə bağlı danışıb.O deyib ki, zəlzələ nəticəsində 8 nəfər yüngül xəsarət alıb, bəzi binalarda çatlar meydana gəlib.Onun sözlərinə görə, 5,8 ballıq yeraltı təkandan sonra 28 avtoşok qeydə alınıb.Ərdoğan xalqı təmkinli olmağa, yalan məlumatlara etibar etməməyə çağırıb.***15:14***İstanbul şəhərində 5,8 bal gücündə zəlzələ baş verib.BAKU.WS "Posta"ya istinadən xəbər verir ki, Avropa Aralıq dənizi Seysmoloji Mərkəzindən məlumat verilib.Yerli vaxtla 13:59-da qeydə alınan zəlzələnin episentri İstanbulun mərkəzindən 67 km uzaqda, Silivri sahilində yerin 12 km dərinliyində yerləşib.Yeraltı təkan İstanbula yaxın rayonlardan da hiss edilib.Dağıntı və itkilərin olması barədə hələlik məlumat yoxdur.

Oxşar xəbərlər

İranda güclü zəlzələ oldu

İranda güclü zəlzələ oldu

İranın Məscidi-Süleyman şəhəri yaxınlığında 5,7 bal gücündə zəlzələ baş verib.BAKU.WS dunya.com-a istinadən xəbər verir ki, zəlzələ yerin 17 km dərinliyində qey...

474 Siyasət 12:52 08 iyul 2019

Son xəbərlər