İranda 5,7 bal gücündə zəlzələ olub
22
iyl
2018
13:08
Bu gün yerli vaxtla səhər saat 09.37 radələrində İranın Xormozqan əyalətindəki Ruydar şəhərində 5,7 bal gücündə zəlzələ olub.APA-nın verdiyi məlumata görə, bu barədə Tehran Universitetinin Geofizika İnstitutunun Seysmoloji Mərkəzi məlumat yayıb.Zəlzələnin ocağı 8 km dərinlikdə, Bəndər Abbas şəhərindən 130 km uzaqlıqda olub. Zəlzələ rayonuna həkim qrupu və xilasedici briqada göndərilib. Dağıntı və tələfat barədə hələ məlumat daxil olmayıb.Xatırladaq ki, 12 noyabr 2017-ci ildə İranın qərbində Kermanşah əyalətində 7,3 bal gücündə zəlzələ olmuş, nəticədə 600-dən çox insan ölmüşdü. BAKU.WS
Oxşar xəbərlər
Xəzərdə zəlzələ olub
Xəzər dənizində 3,9 bal gücündə zəlzələ baş verib.Respublika Seysmoloji Xidmət Mərkəzindən BAKU.WS-ə verilən məlumata görə, ikin məlumatlara əsasən, yerli vaxtl...