SİZİN REKLAM BURADA!
055 213 76 73


Fransanın keçmiş prezidenti Jak Şirak ölüb.

BAKU.WS
xəbər verir ki, bu barədə AFP məlumat yayıb. 

Sabiq dövlət başçısı 86 yaşında vəfat edib.

Qeyd edək ki, Fransanın görkəmli siyasi və dövlət xadimi 1974-1976 və 1977-1986-cı illərdə ölkənin Baş naziri, 1988-1995-ci illərdə Paris şəhərinin meri olub. 1974-1976-cı illərdə qollistlərin Respublikanın Müdafiəsi naminə Demokratik İttifaqı Partiyasının Baş katibi, 1976-cı ildən Respublikanın Müdafiəsi naminə Birlik Partiyasının sədridir. 1995-ci ildə Fransa Respublikasının Prezidenti seçilib və 2007-ci ildə bu postdan gedib.
BAKU.WS