Günün Yekunu - 22 dekabr 2020

Günün Yekunu - 22 dekabr 2020
Siyasət 128

Ölkə gündəminin qısa xülasəsini öyrənmək üçün hər gün saytımızda “Günün Yekunu” adlı xəbər blokumuzu izləyə bilərsiniz.

Ötən gün Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına yoluxmanın sayında nisbətən azalma müşahidə olunub.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/coronavirus-azerbaijan/106704

Günün Yekunu - 22 dekabr 2020

Koronavirusa yoluxan Xalq artisti Sabir Əliyev vəfat edib.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/incident/106708

Günün Yekunu - 22 dekabr 2020

Azərbaycan Respublikası Sosial Tədqiqatlar Mərkəzinin (STM) keçirdiyi sorğunun nəticələrinə əsasən əhalinin yarıdan çoxu (54.7%) hesab edir ki, bölgədə sülh həm Rusiya, həm də Türkiyə sülhməramlıları tərəfindən təmin edilə bilər.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/politics/106718

Günün Yekunu - 22 dekabr 2020

Azərbaycan Respublikası Prezidentinin tapşırığına uyğun olaraq Mərkəzi Bank və Azərbaycan Banklar Assosiasiyası banklar tərəfindən Müdafiə Nazirliyinin rəsmi siyahısında yer almış şəhidlərdən banklar qarşısında kredit öhdəliyi olan 830 şəhidə aid 1 503 kredit üzrə həm əsas borcun, həm də faizlərin silinməsini təmin ediblər.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/politics/106741

Günün Yekunu - 22 dekabr 2020

Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun torpaqlarımızı işğaldan azadetmə əməliyyatları xalqımız tərəfindən yüksək sevinc və böyük ruh yüksəkliyi ilə qarşılanıb. Bununla bağlı vətəndaşlar Prezident İlham Əliyevə çoxsaylı təbrik və minnətdarlıq məktubları yazırlar.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/politics/106709

Günün Yekunu - 22 dekabr 2020

Çoxmillətli ölkəmizin bütün millətlərinin nümayəndələri Vətən müharibəsində işğalçı Ermənistana qarşı Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda mübarizə apardılar.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/karabakh/106756

Günün Yekunu - 22 dekabr 2020

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2284 yeni yoluxma faktı qeydə alınıb, 4392 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/coronavirus-azerbaijan/106769

Günün Yekunu - 22 dekabr 2020

"Biz bir neçə nazirliyi, xüsusilə də Qarabağda daha çox layihələr həyata keçirən nazirlikləri Gəncə şəhərinə köçürərək bu şəhərdən prosesin idarə olunmasını təmin edə bilərik".

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/politics/106773

Günün Yekunu - 22 dekabr 2020

Oxşar xəbərlər

Günün Yekunu - 8 dekabr 2020

Günün Yekunu - 8 dekabr 2020

Ölkə gündəminin qısa xülasəsini öyrənmək üçün hər gün saytımızda “Günün Yekunu” adlı xəbər blokumuzu izləyə bilərsiniz. Ölkədə yoluxmanın mövcud artım tendensiy...

186 Siyasət 22:00 08 dekabr 2020

Son xəbərlər