Bəzi nazirliklər Bakıdan Gəncəyə köçürülsün - YENİ TƏKLİF
Yeniliklərdən dərhal xəbərdar olun
"Biz bir neçə nazirliyi, xüsusilə də Qarabağda daha çox layihələr həyata keçirən nazirlikləri Gəncə şəhərinə köçürərək bu şəhərdən prosesin idarə olunmasını təmin edə bilərik".
BAKU.WS xəbər verir ki, bu təklifi bu gün Milli Məclisin keçirilən plenar iclasında millət vəkili Fazil Mustafa irəli sürüb.
Onun sözlərinə görə, bu yolla ölkənin ikinci böyük şəhərini daha aktiv vəziyyətə gətirə bilərik:
"Diqqət etsəniz, Rusiyada bir çox qurumlar Moskvadan Sankt-Peterburqa köçürülüb. Türkiyədə də belə bir ənənə var. Ankaradakı bəzi qurumlar öz fəaliyyətini İstanbul və ya bölgələr üzərindən həyata keçirirlər. Bu daha çevik idarətetməni həll edə bilər".
Oxşar xəbərlər
Hərbi qulluqçular “Cəsur döyüşçü” medalı ilə təltif olundu - SİYAHI
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Silahlı Qüvvələrin hərbi qulluqçularının “Cəsur döyüşçü” medalı ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb....