Prezidentə yazırlar: "Bu Qələbə Sizin müdrik siyasətinizin, gecə-gündüz əzmlə çalışmağınızın nəticəsidir"
Yeniliklərdən dərhal xəbərdar olun
Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun torpaqlarımızı işğaldan azadetmə əməliyyatları xalqımız tərəfindən yüksək sevinc və böyük ruh yüksəkliyi ilə qarşılanıb. Bununla bağlı vətəndaşlar Prezident İlham Əliyevə çoxsaylı təbrik və minnətdarlıq məktubları yazırlar.
BAKU.WS məktublardan bəzilərini təqdim edir:
Əzizxan Hüseynovdan, İmişli, Azərbaycan: "Hörmətli cənab Prezident,
Bütün Azərbaycan vətəndaşları kimi, mən və ailə üzvlərim də Sizə və Mehriban xanıma cansağlığı, yenilməz, müzəffər Ordumuza Qələbə uğurları arzulayırıq. Qoy, Ulu tanrı xalqımıza kömək olsun!
Şükür Allaha ki, Ordumuz qanı ilə, canı ilə tarixi Qələbəni qazandı. Mümkün qədər az itki ilə qazanılmış bu Qələbə Sizin müdrik siyasətinizin, gecə-gündüz əzmlə çalışmağınızın nəticəsidir. Sizə edilən bütün xoş alqış və dualar halaldır. Allah Sizi qorusun. Azərbaycan Respublikasının Prezidenti kimi Sizinlə fəxr edirik".
Mikayıl Qeybullayevdən, Şəki, Azərbaycan: "Hörmətli Prezident, cənab Ali Baş Komandan,
Bu gün bütün Azərbaycan qürur hissi ilə Sizin müdrikliyinizdən, uzaq gələcəyə yönələn tədbirlərinizdən və bütün bunların uğurlu nəticəsi olaraq erməni faşizmi üzərində parlaq Qələbənizdən, əzəli topaqlarımızın azad edilməsindən danışır. Bizim Zəfərimiz bütün dünyanı silkələmiş, mat vəziyyətinə salmışdır. Qısa müddət ərzində "dəmir yumruq" mənfur düşmənin başını elə əzmişdir ki, o, uzun müddət özünə gələ bilməyəcək.
Cənab Prezident, Siz öz bacarığınız, mətinliyiniz, dönməzliyiniz və ən əsası, torpaqlarımızın düşmən tapdağından qurtulması məqsədilə çoxmillətli Azərbaycan xalqını birləşdirməyə nail oldunuz. Müharibə dövründə 30-dan çox xarici informasiya kanalına verdiyiniz dolğun müsahibələrinizlə Siz sübut etdiniz ki, Ulu Öndər məktəbinin yetirməsisiniz. Səbriniz, iradəniz, sualları cavablandırmaq tərziniz, diplomatiyanız "prokuror" kimi sorğu-sual edənləri şoka salmışdı.
Onlar şərtlə gəlib suyu süzülə-süzülə qayıtdılar. Bu, milyonlarla insanın Azərbaycan, münaqişə haqqında fikirlərinin dəyişməsinə, bəzi ölkə başçılarının utancına səbəb oldu. Dünyanın hər yerində milyonlarla insan Sizi öz kumirinə çevirdi, çalışdı ki, mədəniyyəti, hazırcavablılığı, savadı ilə Sizə oxşasın, Sizi təlqin etsin.
Hörmətli cənab Prezident, biz Sizi "Azərbaycan Milli Qəhrəmanı" və ən yüksək hərbi vəzifə daşıyan insan kimi görmək istəyirik. Siz buna layiq Vətən oğlusunuz! Yaşasın Müzəffər Odumuz! Yaşasın Azərbaycan! Qarabağ Azərbaycandır!"
Sənəm Məmmədovadan, Ağsu, Azərbaycan: "Hörmətli cənab Prezident,
Sizin uzaqgörən siyasətiniz nəticəsində Qarabağ torpaqları düşmən işğalından azad edildi. Buna görə Sizə dərin təşəkkürümü bildirirəm.Allah ulu öndərimiz Heydər Əliyevə rəhmət eləsin, Sizin kimi cəsur və dərin zəkalı savadlı övlad yetişdirib.
Əziz Prezidentimiz, Sizə möhkəm cansağlığı arzulayıram. Sizinlə fəxr edirik. Qarabağ Azərbaycandır!"
Gülnar Əlizadədən, Şəki, Azərbaycan: "Cənab Müzəffər Ali Baş Komandan,
Qarabağ münaqişəsini birdəfəlik həll etdiyiniz üçün Sizə minnətdarlığımı bildirirəm. Siz böyük, yorulmaz səylər göstərməsəydiniz, hazırda Qarabağ yenə mənfur düşmənin tapdağı altında olardı.
Cənab Prezident, arzu edirəm ki, Siz daim Azərbaycan Respublikasının Ali Baş Komandanı olasınız. Yaşasın Azərbaycan Ordusu! Qarabağ Azərbaycandır!"
Oxşar xəbərlər
Prezidentə yazırlar: "Bu gün də istənilən tapşırığınızı yerinə yetirməyə hazıram"
Azərbaycan vətəndaşlarından, xaricdə yaşayan soydaşlarımızdan, eləcə də qardaş Türkiyənin vətəndaşlarından Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə mə...