“Günün Yekunu” - 20 avqust 2019

“Günün Yekunu” - 20 avqust 2019
Siyasət 671
Ölkə gündəminin qısa xülasəsini öyrənmək üçün hər gün saytımızda “Günün Yekunu” adlı xəbər blokumuzu izləyə bilərsiniz.BAKU.WS xəbər verir ki, daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov növbəti kadr dəyişikliyi həyata keçirib. Nazirin əmriylə Gəncə şəhər Baş Polis idarəsinin əməliyyat üzrə rəis müavini, polis polkovniki Abdıyev Müqalib Göygöl Rayon Polis Şöbəsinin rəisi təyin olunub.Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/politics/68071
“Günün Yekunu” - 20 avqust 2019
Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) Azərbaycan tərəfinə təslim olan Ermənistan Ordusunun fərari hərbçisi ilə görüşüb.Avqustun 19-da BQXK-nın Bakıdakı nümayəndələri bu yaxınlarda təmas xəttini keçmiş milliyətcə erməni olan şəxsə baş çəkiblər. Baş çəkmə BQXK standart qaydalarına uyğun həyata keçirilib.Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/politics/68075
“Günün Yekunu” - 20 avqust 2019
ATV-nin əməkdaşı, əməkdar jurnalist Elnarə Dərziyevanın qardaşının evi qarət edilib. Hadisə Biləcəri-Binəqədi yolu, döngə 1 ünvanında baş verib.Rayona istirahətə gedən Vüqar Dərziyevə məxsus fərdi yaşayış evinə girən oğrular otaqları alt-üst ediblər. Qarətçilər 5 min manat dəyərində qızıl-zinət əşyalarını oğurlayıb.Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/incident/68079
“Günün Yekunu” - 20 avqust 2019
24.07.2019-cu ildə axşam saatlarında təlim-məşq uçuşları keçirən Hərbi Hava Qüvvələrinin "MiQ-29" təyyarəsinin Xəzər dənizində itkin düşən pilotu, polkovnik-leytenant Rəşad Atakişiyevin nəşi tapılıb.Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/incident/68085
“Günün Yekunu” - 20 avqust 2019
Yeni tədris ili ərəfəsində Bakıda ənənəvi olaraq məktəbli və ofis ləvazimatlarının topdan və pərakəndə satış yarmarkaları fəaliyyətə başlayıb.Siyahıya bu linkdən baxa bilərsiniz - https://baku.ws/education/68093
“Günün Yekunu” - 20 avqust 2019
“Qarabağ Azərbaycandır! Bütün dünya bu fikirdədir. Bu mövqe dəyişməz olaraq qalır!”Bu sözləri "media.az"a müsahibəsində Gürcüstanın keçmiş prezidenti, Odessa vilayətinin sabiq qubernatoru və "Yeni qüvvələr hərəkatı"nın lideri Mixail Saakaşvili Ermənistanın Baş naziri, Qarabağı öz ərazilərinə "daxil" edən Nikol Paşinyanın bu yaxınlarda etdiyi bəyanatı şərh edərkən deyib.Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/politics/68097
“Günün Yekunu” - 20 avqust 2019
Məşğulluq haqqında qanunun 20-ci maddəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətində qeydiyyatda olan işsiz və iş axtaran şəxslərin peşə hazırlığına göndərilməsi təsbit olunub.Qanuna uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının tərəfindən hazırlanan qaydalar Nazirlər Kabineti tərəfindən təsdiq olunub. Bu qaydanı BAKU.WS-ə ƏƏSMN yanında Dövlət Məşğulluq Xidmətinin rəis müavini Cəmaləddin Quliyev şərh edib.Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/musahibe/68089
“Günün Yekunu” - 20 avqust 2019

Oxşar xəbərlər

BQXK nümayəndələri Azərbaycana təslim olan erməni hərbçi ilə görüşüb

BQXK nümayəndələri Azərbaycana təslim olan erməni hərbçi ilə görüşüb

Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) Azərbaycan tərəfinə təslim olan Ermənistan Ordusunun fərari hərbçisi ilə görüşüb.BAKU.WS xəbər verir ki, bu barədə BQXK-nın...

351 Siyasət 11:15 20 avqust 2019

Son xəbərlər