VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov növbəti kadr dəyişikliyi həyata keçirib. 

BAKU.WS “Qafqazinfo”ya istinadla xəbər verir ki, nazirin əmriylə Gəncə şəhər Baş Polis idarəsinin əməliyyat üzrə rəis müavini, polis polkovniki Abdıyev Müqalib Göygöl Rayon Polis Şöbəsinin rəisi təyin olunub.

Gəncə şəhər Baş Polis idarəsinin əməliyyat üzrə rəis müavini vəzifəsinə isə hələ ki, təyinat baş verməyib.

DİN mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov təyinat haqda məlumatı “Qafqazinfo”ya təsdiqləyib.
BAKU.WS