SİZİN REKLAM BURADA!
055 213 76 73


ATV-nin əməkdaşı, əməkdar jurnalist Elnarə Dərziyevanın qardaşının evi qarət edilib. 

BAKU.WS
xəbər verir ki, hadisə Biləcəri-Binəqədi yolu, döngə 1 ünvanında baş verib.

Rayona istirahətə gedən Vüqar Dərziyevə məxsus fərdi yaşayış evinə girən oğrular otaqları alt-üst ediblər. Qarətçilər 5 min manat dəyərində qızıl-zinət əşyalarını oğurlayıb.

Hadisə yerinə Binəqədi Rayon Polis İdarəsinin 6-cı polis bölməsinin əməkdaşları cəlb edilib. Ekspertlər əl izlərini müəyyən edib. Araşdırma aparılır.

Ev sahibi V.Dərziyevin APA-ya verdiyi məlumata görə, iki il öncə evindən oğurluq edilib. Bundan əlavə, son 3 ay ərzində ətrafda yerləşən yaşayış evlərindəndə oğurluq edilib.

Zülfiyyə Qurbanova
BAKU.WS
VİDEO

QALEREYA