Naməlum şəxslər əməkdar jurnalistin qardaşının evini alt-üst etdilər - VİDEO

Naməlum şəxslər əməkdar jurnalistin qardaşının evini alt-üst etdilər - VİDEO
Foto Video
Hadisə 483
ATV-nin əməkdaşı, əməkdar jurnalist Elnarə Dərziyevanın qardaşının evi qarət edilib. BAKU.WS xəbər verir ki, hadisə Biləcəri-Binəqədi yolu, döngə 1 ünvanında baş verib.Rayona istirahətə gedən Vüqar Dərziyevə məxsus fərdi yaşayış evinə girən oğrular otaqları alt-üst ediblər. Qarətçilər 5 min manat dəyərində qızıl-zinət əşyalarını oğurlayıb.Hadisə yerinə Binəqədi Rayon Polis İdarəsinin 6-cı polis bölməsinin əməkdaşları cəlb edilib. Ekspertlər əl izlərini müəyyən edib. Araşdırma aparılır.Ev sahibi V.Dərziyevin APA-ya verdiyi məlumata görə, iki il öncə evindən oğurluq edilib. Bundan əlavə, son 3 ay ərzində ətrafda yerləşən yaşayış evlərindəndə oğurluq edilib.Zülfiyyə Qurbanova

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Son xəbərlər