Günün Yekunu - 19 yanvar 2021
Yeniliklərdən dərhal xəbərdar olun
Ölkə gündəminin qısa xülasəsini öyrənmək üçün hər gün saytımızda “Günün Yekunu” adlı xəbər blokumuzu izləyə bilərsiniz.
Xəzər dəniz adını böyük ölçüsünə görə alıb, lakin coğrafi baxımdan dəniz deyil. Bu, ərazi baxımından planetin ən böyük daxili su hövzəsidir, yəni Xəzər dənizi planetin ən böyük gölüdür.
Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/incident/109183
Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) hava şəraiti ilə bağlı sürücülərə müraciət edib.
Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/social/109187
"Ətraf mühitin mühafizəsi haqqında" Azərbaycan Respublikasının Qanununa edilən 26 noyabr 2020-ci il tarixli dəyişikliyə əsasən həmin Qanunun 46-cı maddəsində qalınlığı 15 mikrona qədər olan polietilen torbaların, birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik çəngəl, qaşıq, bıçaq, qarışdırıcı çubuq, boşqab və stəkanların idxalına qadağa qoyulub.
Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/social/109200
Təhsil Nazirliyi fevralın 1-dən Azərbaycanda ibtidai siniflər üçün məktəblərdə tədris prosesinin bərpa olunacağı ilə bağlı məlumatlara münasibət bildirib.
Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/education/109203
Prezident İlham Əliyev "İşğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndələri haqqında" fərman imzalayıb.
Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/politics/109218
Sabah 20 Yanvar faciəsindən 31 il keçir. Bu hadisə tarixə təkcə “Qara Yanvar”, Azərbaycanın faciəsi deyil, həm də Azərbaycanın Azadlıq hərəkatının başlanğıcıdır.
Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/politics/109221
Koronavirus infeksiyasının geniş yayılmasının qarşısını almaq məqsədilə ölkədə tətbiq edilən sərt karantin rejiminin tələblərinə uyğun olaraq bütün kütləvi tədbirlər və toplantılar qadağan edilib. Bunu nəzərə alaraq bu il 20 Yanvar - Ümumxalq Hüzn Günü ilə əlaqədar Şəhidlər Xiyabanını vətəndaşların ziyarəti əvvəlki illərdən fərqli təşkil ediləcək.
Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/coronavirus-azerbaijan/109222
Azərbaycanda bu gün koronavirus infeksiyasına 305 yeni yoluxma faktı qeydə alınıb, 949 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/coronavirus-azerbaijan/109227
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 19-da Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Baş katibi Bağdad Amreyevi videoformatda qəbul edib.
Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/politics/109216
İsmayıllı Rayon İcra Hakimiyyətinin sabiq başçısı "Şöhrət" ordenli, iqtisad elmləri doktoru, professor Mirdaməd Mirsadıq oğlu Sadıqov vəfat edib.
Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/incident/109228
Oxşar xəbərlər
İlham Əliyev əfv sərəncamı imzaladı
Prezident İlham Əliyev "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncam imzalayıb. "BAKU.WS xəbər verir ki, sərəncam dünyada koronavirus (COVİ...